Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıqov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.
Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.
N.Kərimov, R.Sadıqov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.
Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
2025-10-17
11:00:10
Üç Tanınmış Hakim Təqaüdə Göndəriləcək
Digər Xəbərlər
-
Hazır Olun! Azərbaycana Dəhşətli Soyuqlar Gəlir- QAR YAĞACAQ
2025-10-18 17:13:10 -
Azərbaycan Həbsxanalarındakı Dörd Iranlı Məhbus ölkələrinə Ekstradisiya Edilib
2025-10-18 17:01:07 -
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən Azad Edilib
2025-10-18 16:15:11 -
Səfir: Ukrayna üçün Azərbaycanın Qarabağ Münaqişəsinin Həllindəki Təcrübəsi Dəyərlidir
2025-10-18 16:11:11 -
Şamil Rzayevə Yüksək Vəzifə Verildi
2025-10-18 15:51:11