Tənqid, Istehza, Soyuqluq Və Müdafiəçilik: Münasibətləri Zədələyən "Dörd Atlı" - PSİXOLOQ

"Toksik münasibətlər dedikdə, əslində, biz gündəmin ən qlobal problemlərinə toxunmuş oluruq. Biz sosial şəbəkələrə də nəzər yetirdikdə görə bilərik ki, toksik münasibətlərin qurbanları bu dövrlərdə daha çox artmaqdadır. Bunun əsas səbəblərindən biri odur ki, toksik münasibətdə iki tərəf də bir-birinə zərər verir. Həm psixaloji, həm də emosiaynal cəhətdən bir-birlərini tükədirlər. Burada artıq, manipulyatsiya, hörmətin azalması, sevginin daha çirkin bir hal alması baş verir. Bəs, bunun səbəbləri nədir? Birinci növbədə təəssüflər olsun ki, biz sosial şəbəklərədən çox təsirlənirik. Xüsusəndə, gənclər saxta psixoloqları izləyirlər və bu psixoloqlar türklər arasında daha çoxdur. Azərbaycanda da özünü kouç adlandıran şəxlər ortaya çıxır və insanları münasibət baxımından çox mənfi şəkildə yönləndirə bilirlər. Məsələn, bu kimi fikirlər bildirirlər ki, sən qarşı tərfi əlində saxlamaq istəyirsənsə, onu manipulyasiya etməlisən, onu daimi nəzarətdə saxlamaq istəyirsənsə emosiyanal soyuqluq et, daha sonra isti davran vəs. Bunlar birinci növbədə real münasibət yaratmır. Çünki real münasibətdə sən əgər söhbətə bazar iqtisadiyyatı ilə yanaşırsansa, bu, artıq mal satmaqdır. Manipulyasiya ilə və ya hər hansı bir taktika ilə münasibət qurmaq olmaz. Birinci növbədə gənclər normal ünsiyyət qurmağı, özlərinin nə istədiyini bilməli və qarşı tərəflə ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər". Bu sözləri Sonxeber.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışıb. O, açıqlamasında qeyd edib ki, əgər istədiyini açıq şəkildə etiraf edə bilmirsənsə, qarşı tərəflə olan gözləntilərini deyə bilmirsənsə və onun fikirlərinə hörmət etməyi bacarmırsansa, burada heç bir sağlam münasibətdən söhbət gedə bilməz: "Dünyada ən çox istifadə olunan, mənim özümün də istifadə etdiyim və çox ciddi sınaqlardan keçmiş "Qotman" ailə terapiyasında "Dörd atlı" prinsipi var. Münasibətdə nə olmamalıdır, yəni nə münasibəti zədələyir? Tənqid, istehza, müdafiəçilik (hər şeyi öz üzərinə götürmək və özünü müdafiə etmək), divar hörmək (ünsiyyətdən qaçmaq, emosional soyuqluqla qarşı tərəfi cəzalandırmaq). Çox təəssüf ki, günümüzdə münasibət haqqında danışan bir çox insanlar hətta bu olunmaması lazım olan davranışları insanlara məsləhət görürlər. Deyirlər ki, qarşı tərəfə zarafatla sözünü deyə bilərsən. Halbuki zarafatla sözünü demək istehzaya gətirib çıxarır. Bir yerdən sonra isə alçaldıcı davranışları özündə əks etdirir. Çünki sən öz içinə aqressiya yığmağa başlayırsan və onu düzgün ifadə edə bilmədikcə, bu artır və zarafatın içində qarşı tərəfi tənqid etmək kimi çıxır. Müdafiəçilik davranışına misal olaraq: sən qarşı tərəfin dediyi sözlərə diqqətlə qulaq asmalı və ona uyğun cavab qaytarmalısan ki, o da başa düşsün – hər şey bir-birinə bağlıdır. Burada ilk növbədə edilən davranış qarşı tərəfə izah olunmalıdır ki, bu, yarış deyil. Yəni sən mənə bunu etdin, mən də sənə bunu etdim yanaşması və ya susmaq, qaçmaq, bir-birini yoxluğu ilə cəzalandırmaq (təhdid etmək) – bunlar çox qeyri-sağlam, hətta emosional olaraq yetkin olmadığımızı göstərən davranışlardır". Psixoloq onu da vurğuladı ki, insan bir dəfə çox uzun müddət toksik münasibət yaşasa, sonrakı normal münasibətlər ona sıxıcı gələ bilər: "Toksik münasibətlər insanlara çox ciddi ziyan vurur. Çox gənc yaşlarında yaşanırsa, bu, insanların "normalına" çevrilə bilər. İnsan bir dəfə çox uzun müddət toksik münasibət yaşasa, sonrakı normal münasibətlər ona sıxıcı gələ bilər Amma eyni zamanda toksik münasibətə də girmək istəmir. Çox zaman isə artıq təklik başlayır. Təklik isə assosialıq yaradır, hətta depressiyaya qədər gətirib çıxarır. Üçüncü tərəfdən isə bu, insanlarda ciddi psixoloji problemlərə – panik atak, anksiyete tutmaları, isterik epizodlarla müşahidə olunan pozuntulara gətirib çıxara bilər. Uzun müddət psixoloji şiddət altında qalmaq və toksik münasibətə məruz qalmaq çox təhlükəlidir. Buna görə də mən həmişə gənclərə və yaxud yeni evlilərə deyirəm ki, əgər hər hansı probleminiz varsa, mütləq şəkildə cütlük terapisinə, psixoloqa müraciət edin. Gedin, terapiyada bir-birinizlə üzləşin. Özünüz deyə bilmirsinizsə, bunu terapiyada həll edə bilərsiniz. Hər insan əlbəttə ki, münasibətlərə super yetkinliklə başlamır. Əgər bunu həll etməyə resursunuz yoxdursa, onsuzda peşəkarlar bunun üçün var və onlar problemi peşəkar şəkildə həll edə bilərlər. Çox rahat şəkildə toksik münasibətlərdən qurtulmaq olar. Sadəcə düzgün mütəxəssis seçmək və hər şeydən əvvəl özümüzü sosial şəbəkələrin bizə ötürdüyü toksik nümunələrdən qorumaq lazımdır". Vüsalə İbrahimli

Mənbə: https://sonxeber.az