Tanınmış Aktyor Sərdar Fərəcovun Səhhəti Ilə Bağlı Təcili Xəbər

Xalq artisti Sərdar Fərəcov xəstəxanaya yerləşdirilib. Sonxeber.az xəbər verir ki, APA-ya bununla bağlı məlumatı S.Fərəcovun qızı Selcan Heydərova verib. O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir: "Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".

Mənbə: https://sonxeber.az