Taksi Artıq Lüksə çevrilir: Kəskin Bahalaşacaq

Son aylarda Rusiyada taksi qiymətlərinin hiss olunacaq dərəcədə artması təsadüfi deyil. Musavat.com xəbər verir ki, Rusiya mediasına danışan "Rəqəmsal dünya" assosiasiyasının eksperti Valeri Korneyev 2026-cı ildə taksi xidmətlərinin orta qiymətinin 15-18 faiz bahalaşa biləcəyini proqnozlaşdırıb. Ekspertin sözlərinə görə, bahalaşmanın əsas səbəbləri daşıyıcıların artan xərcləridir. Avtomobillər üçün bahalı kreditlər, ehtiyat hissələrinin və texniki xidmətin qiymətinin yüksəlməsi, eləcə də ümumi inflyasiya fonu taksi sektoruna ciddi təzyiq göstərir. Korneyev vurğulayıb ki, hətta əsas faiz dərəcəsinin 10-12 faizə enməsi belə vəziyyəti qısa müddətdə dəyişməyəcək. Onun fikrincə, bu addımın taksi bazarına təsiri gecikmiş formada özünü göstərəcək və sərnişinlər üçün real ucuzlaşma ən tez 2027-ci ildən sonra mümkün ola bilər. Beləliklə, yaxın illərdə Rusiyada taksidən istifadə getdikcə daha baha başa gələcək və gündəlik nəqliyyat vasitəsi anlayışı tədricən lüks xidmət anlayışına çevriləcək.