Sulu Qar Yağacaq - Xəbərdarlıq

Sabah Azərbaycanın şərq rayonlarından başlayaraq oktyabrın 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.