Son Beş Ildə ətin Qiyməti 5 Dəfə Artdı – Səbəblər Açıqlanır

"Otun qiymətinin artması uzunmüddətli dövrdə ətin qiymətinə də təsir göstərir, lakin bu dəyişiklik dərhal hiss olunmur. Hazırda otun qiyməti davamlı olaraq yüksəlməkdədir və bu, ət istehsalının maya dəyərinə təsir göstərir". Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, Son beş il ərzində ətin qiyməti təxminən beş dəfə artıb. Bu artımın bir neçə səbəbi var: həm xammal – yəni ot və yemlərin qiymətinin yüksəlməsi, həm də ət istehsalında əməyin və digər resursların maya dəyərinin artırılması: "Nəticədə, otun qiymətindəki dəyişikliklər ətin qiymətinə gecikməli, amma mütləq şəkildə təsir edir və istehlakçılar bu artımı məhsulun son qiymətində hiss edirlər".