Bu gün Azərbaycan regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla hərtərəfli əməkdaşlığı genişləndirir.
"Report" xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Yuri Qusev deyib.
Diplomat vurğulayıb ki, oktyabrın 18-də Azərbaycan Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümünü qeyd edir: "Bu gün Azərbaycan nəinki beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa edib, həm də regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlığı genişləndirir. Ukrayna Azərbaycanı bu əlamətdar tarix münasibətilə səmimi qəlbdən təbrik edir və ərazi bütövlüyü və dövlət suverenliyi məsələlərində göstərdiyi yardım və ardıcıl dəstəyə görə təşəkkürünü bildirir".
Onun fikrincə, bu gün Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin mühüm amilidir.
"Hər iki ölkəni öz suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi, həmçinin təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahələrində uzunmüddətli inkişaf üçün etibarlı zəmin yaradan fəal əməkdaşlıq birləşdirir. Azərbaycan da Ukrayna kimi dövlət müstəqilliyinin təmin edilməsi və istənilən sülh prosesinin uğuru üçün beynəlxalq dəstəyin həlledici əhəmiyyətini çox yaxşı anlayır", - səfir vurğulayıb.
Diplomat qeyd edib ki, bu gün Rusiya təcavüzü ilə üzləşmiş Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi xüsusilə dəyərlidir.
"Qarabağ təcrübəsini təhlil edərkən görmək olar ki, hətta uzunmüddətli və dağıdıcı münaqişələrdən sonra belə sülh siyasi iradə, beynəlxalq dəstək və strateji səviyyədə fəaliyyətlərin əlaqələndirilməsi olduqda mümkündür. Bunun mühüm nümunəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə sülh bəyannaməsini imzalamasıdır. Regionda təhlükəsizlik vəziyyətini dəyişdirən bu tarixi hadisə beynəlxalq vasitəçilik və liderlərin qətiyyətinin böhran vəziyyətlərini sülh və inkişaf üçün real imkanlara çevirə biləcəyini vurğulayır", - o qeyd edib.
Yuri Qusev hesab edir ki, ədalətli sülh sadəcə müharibənin olmaması deyil, beynəlxalq hüququn gücünün hərtərəfli bərpası və etibarlı və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır.
"Bu kontekstdə Ukraynanın Azərbaycanla tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir: regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahəsində birgə səylər gələcəkdə hər iki ölkənin sabitliyi və rifahı üçün möhkəm zəmin yaradır", - Ukrayna səfiri əlavə edib.
2025-10-18
16:11:11
Səfir: Ukrayna üçün Azərbaycanın Qarabağ Münaqişəsinin Həllindəki Təcrübəsi Dəyərlidir
Digər Xəbərlər
-
Orta Məktəblərdə Tədris Ili Azaldılacaq? - VACİB AÇIQLAMA
2025-10-19 00:09:06 -
Əhaliyə Verilən Istilik Enerjisi Sayğacla ölçüləcək
2025-10-18 23:21:11 -
İtaliya Mediası Birinci Vitse-prezident Mehriban Əliyevanın Vatikana Rəsmi Səfərini Diqqətdə Saxlayıb
2025-10-18 23:19:10 -
Səfir: Somali Və Azərbaycan Vətəndaşları Viza Almaq Məcburiyyətində Qalmayacaqlar
2025-10-18 23:11:09 -
Azərbaycan Bentonit Istehsalını 43 %-ə Yaxın Artırıb
2025-10-18 23:01:11