Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev agentliyin İdarə Heyətinin birinci müavini təyin olunub.
Xatırladaq ki, 51 yaşlı Ş.Rzayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb.
O, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
2025-10-18
15:51:11
Şamil Rzayevə Yüksək Vəzifə Verildi
Digər Xəbərlər
-
Orta Məktəblərdə Tədris Ili Azaldılacaq? - VACİB AÇIQLAMA
2025-10-19 00:09:06 -
Əhaliyə Verilən Istilik Enerjisi Sayğacla ölçüləcək
2025-10-18 23:21:11 -
İtaliya Mediası Birinci Vitse-prezident Mehriban Əliyevanın Vatikana Rəsmi Səfərini Diqqətdə Saxlayıb
2025-10-18 23:19:10 -
Səfir: Somali Və Azərbaycan Vətəndaşları Viza Almaq Məcburiyyətində Qalmayacaqlar
2025-10-18 23:11:09 -
Azərbaycan Bentonit Istehsalını 43 %-ə Yaxın Artırıb
2025-10-18 23:01:11