Sabah Sumqayıtın Bəzi ərazilərində Qaz Olmayacaq

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. Bu barədə Sonxeber.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək. Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq.

Mənbə: https://sonxeber.az