Oktyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağıntının olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.
2025-10-16
13:48:10
Sabah Leysan Olacaq
Digər Xəbərlər
-
Azərin Yerinə Verilişə O Aparıcılıq Edəcək
2025-10-16 14:33:10 -
Ramiz Mehdiyev Bulvar Yaxınlığında 1.5 Milyona Ev Axtarır - Kürəkəni Təkzib Etmədi
2025-10-16 14:19:10 -
Yaxınları Onu Axtarır
2025-10-16 14:06:10 -
13 Gün əvvəl Kürdə Batmışdı - Meyiti Tapıldı
2025-10-16 13:59:11 -
Əməkdar Artist Rəşad Bəxtiyarovun ÖLÜM SƏBƏBİ BİLİNDİ
2025-10-16 12:25:11