Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
2025-11-01
13:06:06
Sabah Bəzi Yerlərə Yağış Yağacaq
Digər Xəbərlər
-
Baş Prokurorluq əməliyyat Keçirdi: Vəzifəli şəxslər Həbs Edildilər
2025-11-02 01:36:11 -
"Art Weekend" çərçivəsində "Nəfəs – Söz Və Səsin Vəhdəti" Adlı Növbəti Layihənin Təqdimatı Keçirilib
2025-11-02 00:57:06 -
Vəfat Edən şəxsin Yığılıb Qalan Pensiya Kapitalının Aqibəti Necə Olacaq?
2025-11-01 23:41:11 -
Ölümə Doğru Atılan Addımlar: Yol Polisi Piyadalara MÜRACİƏT ETDİ
2025-11-01 21:51:09 -
Azərbaycan Banklarında əhalinin əmanətləri 11,5 % Artıb
2025-11-01 21:01:10