Rusiya hökuməti 2026/2027-ci tədris ili üzrə ölkə universitetlərində təhsil almaq üçün Azərbaycan vətəndaşlarına 280 dövlət sifarişli yer ayırıb.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiya hökumətinin 2026/2027-ci tədris ili üçün kvota kampaniyasının birinci mərhələsi çərçivəsində Rusiyanın ali təhsil müəssisələrində ödənişsiz əsaslarla təhsil almaq istəyən namizədlərin qeydiyyatı davam edir. Bu il azərbaycanlı abituriyentlərə 280 dövlət sifarişli yer təqdim edilib", - məlumatda bildirilib.
Qeyd edilib ki, namizədlər müraciət etmək üçün 2025-ci il dekabrın 15-dək müvafiq saytda qeydiyyatdan keçməli və bütün lazımi sənədləri əlavə etməlidir.
2025-11-01
20:01:07
Rusiya 2026/2027-ci Tədris Ili üçün Azərbaycanlı Tələbələrə 280 Dövlət Sifarişli Yer Ayırır
Digər Xəbərlər
-
Sabahın Havası Meteohəssas Insanlar üçün əlverişli Olacaq?
2025-11-02 21:31:09 -
Noyabrın 3-ü Ilə Bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
2025-11-02 19:26:10 -
Oktyabr Ayında ən çox Bahalaşan Və Ucuzlaşan Məhsullar AÇIQLANIB
2025-11-02 18:41:06 -
Həbs Edilən Icra Başçısını Kim əvəz Edir? - FOTO
2025-11-02 17:39:10 -
Baş Prokurorluq əməliyyat Keçirdi: Vəzifəli şəxslər Həbs Edildilər
2025-11-02 01:36:11