Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
"Qafqazinfo"nun əldə etdiyi özəl məlumata görə, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.
Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.
2025-10-14
23:18:10
Ramiz Mehdiyev Dövlətə Xəyanətdə Ittiham Olunur - Maddələr Məlum Oldu
Digər Xəbərlər
-
Şuşada Almaniya Klinikasının Təbii Müalicə üsulları Tətbiq Ediləcək
2025-10-15 13:44:11 -
Maaşlarla Bağlı YENİLİK - Gələn Ildən Bu Halda Arta Bilər
2025-10-15 12:44:09 -
İrandan Azərbaycana PUA Ilə Narkotik Keçirilməsinin Qarşısı Alındı
2025-10-15 12:35:07 -
Ramiz Mehdiyev Prezident Olmaq Istəyibmiş... - Video
2025-10-15 12:25:11 -
Nazirlik Ramiz Quliyevlə Bağlı Məlumat Yaydı
2025-10-15 12:13:10