Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda, məsuliyyətli bir mərhələnin başlanğıcıdır.
AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan", Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.
Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.
Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram", - o qeyd edib.
Qeyd edək ki, Şəbnəm Səfərova 2023-cü ildən bu ilin avqustunadək BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışıb.
2025-12-14
17:00:14
Ramil Səfərovun Xanımına Vəzifə Verildi
Digər Xəbərlər
-
"Yerdəki 100 Manatı Götürmək Istəyəndə Yıxıldı" - Video
2025-12-15 23:37:09 -
Bakıda Məşhur Mağazadakı Fincanlarda Ağır Metallar Aşkarlandı - Birgə Məlumat
2025-12-15 23:28:10 -
Gizir Xanıya şəhidlik Statusu Verildi
2025-12-15 22:22:07 -
Anar Ələkbərov Ramiz Rövşəni Evində Ziyarət Etdi - Foto
2025-12-15 22:04:10 -
Bəylər Eyyubovun General Qardaşı Oğlu Işdən çıxarıldı
2025-12-15 21:58:09