Bakı şəhəri, Nizami rayonu Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən "GK Fish Farm" MMC-yə məxsus "Tut" restoranında yoxlama keçirilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan "paytaxt" salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində məhsulun tərkibindəki E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.
Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.
2025-11-03
17:24:09
"Tut" Restoranında Qida Məhsulunda Uyğunsuzluq Aşkarlandı, Icraat Başlandı
Digər Xəbərlər
-
Afrikalı Bəyə ərə Gedən Azərbaycanlı Gəlinin Sevinci Gündəm Oldu - VİDEO
2025-11-03 23:46:09 -
Təhlükəli Virus! Yağış Mövsümündə Artır
2025-11-03 22:16:10 -
Bu Il Məzun Olacaqdı... - Fotolar
2025-11-03 20:32:10 -
Mağazada Satıcıya Qışqıran Müştəri - 150 Manat Cərimə Edildi
2025-11-03 17:49:10 -
Mehdiyevin Köməkçisi 3 Il əvvəl Də Həbs Edilibmiş...
2025-11-03 17:00:12