Bakı şəhəri Səbail rayonu, Z.Tağıyev küçəsi ev 16/18 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Tural Şakir oğluna məxsus "Sushi Club" ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ictimai iaşə müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, suşi rolların hazırlanmasında istifadə edilən çiy balığın müşayiətedici sənədlərinin olmadığı, emal prosesində istifadə olunan yarımfabrikatların üzərində hazırlanma tarixinin qeyd edilmədiyi, xammalların saxlama temperaturuna əməl olunmadığı, texnoloji prosesin ardıcıllığının pozulduğu, işçilərin dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Müəssisədə emal olunan suşi rollardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
2025-11-01
11:06:09
"Sushi Club" Nöqsanlara Görə Bağlandı - Fotolar
Digər Xəbərlər
-
Xırdalanda Yeniyetmə Binadan Yıxılaraq öldü - Video
2025-11-01 14:37:10 -
Metroda Bu üsulla Da ödəniş Edə Bilərik
2025-11-01 14:13:09 -
Meyitdən ürək Köçürülən 19 Yaşlı Oğlanın Vəziyyəti Necədir?
2025-11-01 13:44:09 -
Sabah Bəzi Yerlərə Yağış Yağacaq
2025-11-01 13:06:06 -
Bakıda Hərbi Parada Hazırlıq Başlayıb
2025-11-01 13:05:12