"Qız 3 Aydır Evimdə Idi, Danışmırdılar" - Mətanətin Atası+Video

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar". "Qafqazinfo"nun məlumatına görə, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib: "Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü". Xatırladaq ki, S.Hacızadə 4 ay imiş Monteneqroda işləyirmiş. O dünən Azərbaycana qayıdıb. Bu gün isə əvvəlcə həyat yoldaşını qətlə yetirdiyi haqda video paylaşıb. Bir neçə saat sonra isə onun meyiti rayonun Əyyublu kəndində ağacda asılı halda aşkarlanıb.