"Apple" şirkəti bir vaxtlar "iPhone" istifadəçilərinin sevimlisi olan tətbiqin fəaliyyətini dayandırıb.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, söhbət "Clips" tətbiqindən gedir.
Məlumata görə, artıq bu tətbiqi "App store"dan yükləmək mümkün deyil və o, yeniləmə almayacaq. Şirkət tərəfindən bu qərar oktyabrın 10-da verilib.
Belə ki, "Apple" 2017-ci ildə "hər kəs üçün praktik video studiyası" şüarı ilə təqdim etdiyi "Clips" tətbiqini istifadəçilərin qısa videolar vasitəsilə yaradıcılıqlarını nümayiş etdirmələri üçün hazırlamışdı.
Tətbiq qısa videolar çəkməyə, mətn, musiqi, emoji və filtrlər əlavə etməyə imkan verirdi. Lakin "TikTok", "Instagram Reels" və "YouTube Shorts" kimi platformaların yüksəlişi ilə birlikdə "Clips"in populyarlığı tədricən azalmağa başladı.
Amma daha əvvəl bu tətbiqi yükləyənlər istifadə etməyə davam edə biləcəklər. Hətta "App Store"dakı "Alınanlar" bölməsindən tətbiqi yenidən yükləmək də mümkündür. Lakin növbəti sistem yeniləməsində tətbiq işləməyəcək.
2025-10-14
22:46:10
"iPhone"da Bu Tətbiqi Yükləmək Olmayacaq
Digər Xəbərlər
-
Maaşlarla Bağlı YENİLİK - Gələn Ildən Bu Halda Arta Bilər
2025-10-15 12:44:09 -
İrandan Azərbaycana PUA Ilə Narkotik Keçirilməsinin Qarşısı Alındı
2025-10-15 12:35:07 -
Ramiz Mehdiyev Prezident Olmaq Istəyibmiş... - Video
2025-10-15 12:25:11 -
Nazirlik Ramiz Quliyevlə Bağlı Məlumat Yaydı
2025-10-15 12:13:10 -
Mehdiyevlərin Bankı Yalan Məlumat Yayıb - Gizlətməyə çalışırlar?
2025-10-15 12:06:10