Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.
Sonxeber.az xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın "Rekord TV"də yayımlanan "Qaranlıqda həqiqət" layihəsində deyib. Ç. Abdullayev mərhum aktyorla bağlı mənfi rəy yazan şəxslərə irad bildirib:
"Cabirlə münasibətimiz çox gözəl idi. Hər zaman o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar Allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma. Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun? Allah Cabirə rəhmət eləsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi".
Qeyd edək ki, C.İmanov bir neçə gün əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib. /Axşam.az
2025-10-16
19:46:06
"Cabir İmanov Haqqında Yazanlar Allahsızdırlar"
Digər Xəbərlər
-
Taksilərlə Bağlı Həmin Məsələyə - AYNA-dan Cavab
2025-10-16 21:25:11 -
Azərbaycanda Pensiya Yaşı Artırılacaq? - RƏSMİ
2025-10-16 21:19:07 -
"Qız 3 Aydır Evimdə Idi, Danışmırdılar" - Mətanətin Atası+Video
2025-10-16 21:13:07 -
Səbuhinin Meyiti Tapıldı
2025-10-16 20:52:07 -
Abid Şərifov Insult Keçirib - Vəziyyəti Ağırdır
2025-10-16 20:48:10