Bir qadın, toy mərasimində geyinməyi düşündüyü libası anasına göstərdiyi anları sosial şəbəkədə paylaşıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ananın reaksiyası izləyiciləri təəccübləndirib.
Görüntülərdə ana qızının seçimini bəyənməyərək, "Bunu necə geyinəcəksən? Dəlisənmi, ağılsızmısan? Bu necə modeldir?" sözləri ilə sərt etirazını bildirib.
Qısa zamanda yayılan video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilər müxtəlif şərhlər yazıblar: "Valideynlərin "mən böyütdüm deyə hər şeyə qarışma problemi", "Bugün də belə bir ananın əlinə düşmədiyimizə şükür etdik", "İzləyərkən insana inanılmaz sıxıntı gəlir", "Ailədə söyüşlər havada uçuşur", "Çox təəssüf, dəhşətli vəziyyət".
Mənbə: https://sonxeber.az