Qadınlar üçün təhlükə siqnalı: Süd vəzi xərçəngi riski artıran vərdişlər!
Onkoloqlar xəbərdarlıq edir: Gündəlik həyatımızda etdiyimiz bəzi səhvlər süd vəzi xərçəngi riskini ciddi şəkildə artıra bilər. Həkim Kaylee Bhangdia bu riskləri artıran əsas amilləri açıqlayıb.
Qırmızı ət həvəskarları üçün pis xəbər: Qırmızı ətin həddindən artıq qəbulu süd vəzi xərçəngi riskini təxminən 11% artırır. Siqaret çəkmək və passiv siqaret tüstüsünə məruz qalmaq da bu xəstəliyin yaranmasına səbəb olan əsas amillərdəndir (8%).
Həkim qeyd edib ki, qanda şəkərin yüksək səviyyədə olması (6%), artıq çəki və piylənmə (4%), spirtli içkilərin həddindən artıq istifadəsi (2%) və fiziki aktivliyin az olması (2%) da risk faktorları sırasındadır.
Kaylee Bhangdia bildirib ki, bu faktorların əksəriyyəti gündəlik vərdişlərlə əlaqəlidir və həyat tərzində edilən kiçik dəyişikliklər belə süd vəzi xərçəngi riskini azaltmaqda böyük rol oynaya bilər.
Digər onkoloq Marie Ng isə sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulayaraq, cəmiyyət və fərd səviyyəsində sağlamlığa diqqətin gələcək nəsillərdə xərçəng riskini azaltmaqda mühüm rol oynayacağını qeyd edib.