Paşinyandan Azərbaycanla Bağlı Gözlənilməz Paylaşım

Paşinyandan Azərbaycanla Bağlı Gözlənilməz Paylaşım
Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi təşəbbüsünü müsbət qarşılayıb. Milli.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın EPC-yə ev sahibliyi üçün bir-birinin namizədliklərini qarşılıqlı şəkildə dəstəklədiklərini vurğulamaq vacibdir. Bu qarşılıqlı yanaşma regional əməkdaşlıq və diplomatik münasibətlər baxımından önəmli addım kimi dəyərləndirilir.

Mənbə: https://sonxeber.az