Cari ilin oktyabr ayında dünyada ən çox bahalaşan məhsul kobalt, ən çox ucuzlaşan məhsul isə portağal şirəsi olub.
Oxu.Az bildirir ki, bu, "ICE Futures", "CME Group" və Şanxay Metal Birjasının məlumatlarında yer alıb.
Məlumata görə, polad və elektrik batareyalarının istehsalında geniş istifadə olunan kobaltın qiyməti oktyabr ayında aylıq ifadədə 28.5% artıb. Digər metallardan palladium 15.8%, litium isə 9.5% bahalaşıb.
Oktyabr ayında dünyada ən çox ucuzlaşan məhsul isə 23.3% azalma ilə portağal şirəsi olub. Donuz ətinin (18%) və nadir metal olan neodimiumun (13.4%) qiymətləri də kəskin surətdə aşağı düşüb.
2025-11-02
18:41:06
Oktyabr Ayında ən çox Bahalaşan Və Ucuzlaşan Məhsullar AÇIQLANIB
Digər Xəbərlər
-
"Tut" Restoranında Qida Məhsulunda Uyğunsuzluq Aşkarlandı, Icraat Başlandı
2025-11-03 17:24:09 -
Mehdiyevin Köməkçisi 3 Il əvvəl Də Həbs Edilibmiş...
2025-11-03 17:00:12 -
"MedAura" Klinikasında Yaqub Əsədinin Səhv əməliyyatı: Gənc Qız Komaya Düşdü
2025-11-03 16:00:12 -
Elarizin Kürəkəninə 10 Il Iş Verildi
2025-11-03 15:37:09 -
"Rifah Group"un Sabiq Baş Mühasibinə Hökm Oxundu - 800 Min Manat Mənimsəyib
2025-11-03 15:24:09