Oğuzda Baş Verən Qəzada Xəsarət Alan Qadın Xəstəxanada ÖLDÜ

Sentyabrın 6-da Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir şəxs ölüb. Oxu.Az xəbər verir ki, 1992-ci il təvəllüdlü Aygün Quliyeva xəstəxanada vəfat edib. Qeyd edək ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Kərimli kəndi ərazisində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Arifə Səlimova da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Mənbə: https://sonxeber.az