Nicat Kazımov Milli Gənc Tamaşaçılar Teatrında Vəzifəyə Təyin Edildi

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni təyinat baş tutub.

Rejissor, Əməkdar artist Nicat Kazımov teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu barədə məlumatı Nicat Kazımov özü də təsdiqləyib.

O bildirib ki, bu vəzifəyə bir neçə gün əvvəl təyin olunub.

"Görmək istədiyim işlərlə bağlı nəsə demək hələ tezdir. Bilmirəm nə olacaq, nə olmayacaq. Bir az imkan verin, gələn il bu barədə danışarıq", - deyə Nicat Kazımov əlavə edib.