Ndu-da Tədris Dayandırılıb? Rəsmi Açıqlama!

Naxçıvan Dövlət Universitetində tədrisin dayandırılması barədə yayılan xəbərlərə universitetdən rəsmi cavab gəldi.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Aqşin Məhərrəmovun sözlərinə görə, hazırda tədris prosesi davam edir və dərslər öz axarında keçirilir.

Aqşin Məhərrəmov bildirib: "Tədris prosesinin dayandırılması ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. Yayılan məlumatlar əsassızdır."

Xatırladaq ki, son günlər regionda baş verən hadisələrlə əlaqədar müxtəlif şayiələr yayılmaqdadır.