Naxçıvana Hücum: Azərbaycan Müdafiə Nazirliyi Sərt Reaksiya Verdi

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən Naxçıvan beynəlxalq hava limanına və digər mülki obyektlərə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, hadisənin bütün təfərrüatları və pilotsuz uçuş aparatlarının texniki xüsusiyyətləri araşdırılır.

Müdafiə Nazirliyi bu hücumları qəti şəkildə pisləyir və bildirir ki, hər hansı bir hərbi zərurət olmadığı halda, mülki infrastruktura qarşı törədilən bu əməllərə görə məsuliyyət tamamilə İran İslam Respublikasının üzərinə düşür.

Nazirlik xəbərdarlıq edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri cavab tədbirləri görüləcək və bu hücum aktları cavabsız qalmayacaq.