Ötən gecə paytaxtın Səbail rayonunda müğənni Vlada Axundovanın öldüyü yol qəzasının təfərrüatları məlum olub.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə vaxtı V.Axundova piyada deyil, yol kənarında dayanmış avtomobilin içərisində imiş.
Belə ki, saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi "Hyundai Elantra" markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus "Toyota" markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
2025-10-31
11:28:09                                                        
Müğənni Qəza Vaxtı Maşında Olub
Digər Xəbərlər
- 
                Gömrük Generalı 636 Nəfəri Vəzifəyə Təyin Edib2025-10-31 17:21:09
- 
                "Yüksək Bal Toplamalıdır" Düşüncəsi Təhsili Yarışa, Uşaqları Isə Bal Maşınlarına çevirir" - AÇIQLAMA2025-10-31 17:11:10
- 
                Noyabrda Hava Belə Keçəcək - AYLIQ PROQNOZ2025-10-31 17:10:12
- 
                Dövlət Qurumlarından 1,5 Milyonluq Sifariş Alan Rasim Rzayev Kimdir?2025-10-31 16:47:11
- 
                Bu şəxslərə Maaşdan əlavə PUL VERİLƏCƏK2025-10-31 16:34:10
