Milli Məclisdə Jurnalistlər üçün Telefon Qadağası Ləğv Edildi

Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edilib. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Mahir Məmmədli məlumat yayıb. "Milli Məclisdə jurnalistlər üçün telefon qadağası ləğv edildi. Bu qərara görə Strateji Obyektlərin Mühafisəzi DöVlət Agentliyinin yeni rəhbərliyinə, bu məsələdə daim jurnalistlərin probleminin həllinə çalışan Milli Majlis rəhbərliyinə, spiker Sahiba Qafarovaya minnətdaram", deyə Mahir Məmmədli bildirib. Qeyd edək ki, uzun müddətdir Milli Məclisin plenar və komitə iclaslarında, həmçinin parlamentdə keçirilən digər tədbirlərdə iştirak edən jurnalistlərin telefonları əllərindən alınırdı. Bu da media təmsilçilərinin fəaliyyətində problem yaradırdı.