Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər. Paralel olaraq "BakıKart", "BirBank" və "M10"la ödəniş qüvvədə saxlanılır.
Sonxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb. Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.
2025-11-04
16:33:09
Metroda Bank Kartı Ilə ödəniş Mümkün Oldu
Digər Xəbərlər
-
88 Yaşında Oxuma-yazma öyrəndi
2025-11-04 18:31:11 -
Azyaşlıların Sürət Marağının Səbəbi Nədir? - AÇIQLAMA
2025-11-04 16:19:10 -
Ramiz Mehdiyevin Vəkilləri şikayətlərini Niyə Geri Götürdü? - Yeni Detallar
2025-11-04 16:04:10 -
Avtobusdan Istifadə Edənlərin NƏZƏRİNƏ! Marşrutların Hərəkət Sxemi...
2025-11-04 15:47:10 -
Əməliyyatdan 6 Gün Sonra öldü - Yenilənib
2025-11-04 15:30:10