Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilən Eldar Əmirovun 3 il əvvəl də həbs edildiyi məlum olub.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Qurban oğlu Əmirov həmin vaxt inzibati xətada təqsirli bilinib.
E.Əmirov 2022-ci ilin fevralında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq azadlıqdan məhrum edilib və 1 ay sonra azadlığa çıxıb.
Bu dəfə isə E.Əmirov daha ağır ittihamlarla həbs olunub. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub. Son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
2025-11-03
17:00:12
Mehdiyevin Köməkçisi 3 Il əvvəl Də Həbs Edilibmiş...
Digər Xəbərlər
-
Afrikalı Bəyə ərə Gedən Azərbaycanlı Gəlinin Sevinci Gündəm Oldu - VİDEO
2025-11-03 23:46:09 -
Təhlükəli Virus! Yağış Mövsümündə Artır
2025-11-03 22:16:10 -
Bu Il Məzun Olacaqdı... - Fotolar
2025-11-03 20:32:10 -
Mağazada Satıcıya Qışqıran Müştəri - 150 Manat Cərimə Edildi
2025-11-03 17:49:10 -
"Tut" Restoranında Qida Məhsulunda Uyğunsuzluq Aşkarlandı, Icraat Başlandı
2025-11-03 17:24:09