Tikinti materialları mağazasında satıcıya qarşı xuliqanlıq hərəkətləri etmiş alıcı məsuliyyətə cəlb olunub.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən mağazaların birində baş verib. Oraya gələn Füzuli rayonu Pirəhmədli kənd sakini 1977-ci il təvəllüdlü H.Kərimov (şərti) xanım satıcının verdiyi suala əsəbiləşərək qışqırmağa və onu təhqir etməyə başlayıb. İctimai yerdə xuliqanlıq etdiyinə görə ərazidəki polis əməkdaşı H.Kərimova yaxınlaşıb və mübahisəyə son qoyub.
37-ci Polis Bölməsinə dəvət edilən vətəndaş barəsində inzibati protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib.
Satıcı ifadəsində bildirib ki, müştəri yaxınlaşaraq almaq istədiyi malın adını söyləyib. Bu zaman ona həmin malın hansı növündən istədiyini soruşduqda H.Kərimov əsəbiləşərək qışqırmağa başlayıb. Zərərçəkmiş şəxs 48 yaşlı kişi barəsində tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə H.Kərimov 150 manat cərimə olunaraq sərbəst buraxılıb.
2025-11-03
17:49:10                                                        
Mağazada Satıcıya Qışqıran Müştəri - 150 Manat Cərimə Edildi
Digər Xəbərlər
- 
                
Afrikalı Bəyə ərə Gedən Azərbaycanlı Gəlinin Sevinci Gündəm Oldu - VİDEO
2025-11-03 23:46:09 - 
                
Təhlükəli Virus! Yağış Mövsümündə Artır
2025-11-03 22:16:10 - 
                
Bu Il Məzun Olacaqdı... - Fotolar
2025-11-03 20:32:10 - 
                
"Tut" Restoranında Qida Məhsulunda Uyğunsuzluq Aşkarlandı, Icraat Başlandı
2025-11-03 17:24:09 - 
                
Mehdiyevin Köməkçisi 3 Il əvvəl Də Həbs Edilibmiş...
2025-11-03 17:00:12