Azərbaycanda orta aylıq əmək haqqı modelindən saatlıq əmək haqqıya keçid mexanizmin hazırlanması ilə bağlı məlumatlar yayılıb.
BAKU.WS-in məlumataına görə, ölkənin saatlıq əmək haqqı sisteminə keçirilməsi prosesi müzakirə mərhələsindədir.
Bəs bu saatlıq əmək haqqı modeli vətəndaşlara necə təsir edəcək? Maaşlar artacaq, yoxsa azalacaq?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, saatlıq əmək haqqı sistemində məvaciblərin hesablanması müqavilə və saatlara əsasən müəyyənləşəcək:
"Əgər bu mexanizm tətbiq olunursa, o halda saatlıq əmək haqqı üçün minimumlar müəyyənləşəcək və işəgötürən həmin minimumdan az əmək haqqı müqaviləsi bağlaya bilməyəcək.
Eyni zamanda saatlıq əmək haqqı sistemi həm də vətəndaşa bir neçə yerdə işləmək və bir neçə mənbədən əmək haqqı almaq imkanı yaradır. Bu da təbii ki, onlara əmək haqqının artmasına gətirib çıxara bilər.
Qeyd etmək istərdim ki, saatlıq əmək haqqı mexanizminin işlənməsi zaman tələb edən bir prosesdir. Bir sıra sektorlarda keyfiyyət indikatordan istifadə olunur, o cümlədən təhsil sektorunda. Ona görə də saatlıq minimum əmək haqqı mexanizmi hazırlanan zaman sektora yanaşma çox önəmlidir. Fərqli sektorlarda tətbiq edilən mövcud meyarların nəzərə alınmasına ehtiyac var.
Yeni mexanizm zamanı maaşlar artıq aya görə deyil, saata görə müəyyənləşir və işəgötürən həmin minimumdan daha çox əmək haqqı təklif etməlidir. Bu halda işəgötürən tərəfindən minimum saatlıq əmək haqqıdan aşağı məvacib ödənilə bilməz. Eyni zamanda vətəndaş bir neçə qurum və şirkətlə müqavilə bağlamaqla işləyə bilər. Hər bir quruma da minimum saatlıq əmək haqqıdan aşağı əmək haqqı verilməsinə icazə verilmir".
2025-10-15
12:44:09
Maaşlarla Bağlı YENİLİK - Gələn Ildən Bu Halda Arta Bilər
Digər Xəbərlər
-
Atasından Sonra Hamilə Arvadını Da Döyərək - Uşağının ölümünə Səbəb Olubmuş...
2025-10-15 20:33:10 -
"Boz Kardinal" Evdə Nələri Edə Bilməz?
2025-10-15 17:42:07 -
Ramiz Mehdiyevin Bəzi əmlakları əlindən Alınır
2025-10-15 17:40:07 -
Sulu Qar Yağacaq - Xəbərdarlıq
2025-10-15 17:09:10 -
Şagird Valideynlərinə XƏBƏRDARLIQ - Vəziyyət Ciddidir
2025-10-15 16:10:12