İftar Süfrəniz üçün Möhtəşəm Təkliflər: Dadlı Reseptlər!

İftar Süfrənizə Xüsusi Dadlar

Ramazan ayında iftar süfrələri üçün fərqli və dadlı reseptlər axtarırsınızsa, bu təkliflər tam sizə görədir. Süfrənizi zənginləşdirəcək, hər kəsin zövqünə uyğun yeməklər hazırlamaq üçün bu reseptləri sınayın.

"Əlvan Dana" Şorbası

Ərzaqlar:

  • Mərci - 1 stəkan
  • Dana əti - 300 qram
  • Su - 5 stəkan
  • Kartof - 2 ədəd
  • Soğan - 2 ədəd
  • Kök - 2 ədəd
  • Dəfnə yarpağı - 1 ədəd
  • Nanə qurusu - 1 ç.q
  • Un - 1 x.q
  • Duru yağ - 1 stəkan
  • Yarım limonun suyu
  • Duz, qara və qırmızı istiot zövqə görə

Hazırlanması:

  1. Kartofu, soğanı, kökü, əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın.
  2. Süzgəcdən keçirib, yenidən qaynadın.
  3. Soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın.
  4. Qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun.
  5. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.

Tava Kababı

Ərzaqlar:

  • 400 qram orta yağlı qoyun əti qiyməsi
  • 1 soğan (rəndələnmiş)
  • 2 pomidor (doğranmış)
  • 2 yaşıl bibər (doğranmış)
  • 2 diş sarımsaq (doğranmış)
  • 1 çay qaşığı tomat pastası
  • 1 çay qaşığı bibər pastası
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara bibər
  • 1/2 çay qaşığı çili bibəri
  • 4 badımcan
  • 3 pomidor

Üzəri üçün:

  • 2 stəkan su
  • 1 xörək qaşığı tomat pastası
  • 1 çay qaşığı bibər pastası
  • 2 xörək qaşığı yağ
  • 1 çay qaşığı duz
  • 1 ovuc cəfəri (doğranmış)

Hazırlanması:

  1. Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibəri ilə yoğurun.
  2. Badımcan və pomidoru kəsin. Qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun.
  3. Tərəvəzləri qazana düzün. Su, tomat pastası, yağ və duzu qarışdırıb qazandakı tərəvəzlərin üzərinə tökün.
  4. Boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra bişirin.
  5. Süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Sütlaç

Ərzaqlar:

  • 1/2 çay stəkanı düyü
  • 2 stəkan qaynar su
  • 1 litr süd
  • 1 stəkan şəkər tozu
  • 2 xörək qaşığı buğda nişastası
  • 1 çay stəkan su

Hazırlanması:

  1. Düyünü qazana qoyun və üzərinə qaynar su əlavə edib bişirməyə başlayın.
  2. Düyü suyu çəkib yumşaq olduqda, süd əlavə edin. Qarışdırın və süd qaynayana qədər arabir qarışdırmağa davam edin.
  3. Şəkər əlavə edin və qarışdırın. Nişastanı su ilə qarışdırıb qazana əlavə edin.
  4. Bir az qatılaşana qədər bişirin. Qarışığı sobaya qoya biləcəyiniz qablara tökün.
  5. Sobada üzərini qızardın. Süfrəyə verərkən üzərinə darçın tozu və ya qovrulmuş fındıq tökün.