Son günlər ölkə ərazisində havalar nisbətən isti keçir. Lakin bəzi proqnozlara görə, Azərbaycanda havanın temperaturu qəfildən enəcək. Bu ehtimallar nə dərəcədə doğrudur? Bakıya qar nə vaxt yağacaq?
Mövzu ilə bağlı meteroloq Cavidan Əliyev Referans-a açıqlamasında deyib ki, uzunmüddətli proqnozlara əsaslansaq və eləcə də Sibir antisiklonunun anomal şəkildə tez formalaşmasını da nəzərə alsaq deyə bilərik ki, təxminən oktyabr ayının 20 - dən sonra və noyabrın ilk ongünlüyü aralığında soyuq hava kütlələrinin ölkəmizə daxil olacağı real görünür. Hətta bəzi düzən ərazilərimizdə yağıntıların sulu qara keçəcəyi ehtimalı da var.
Meteroloq həmçinin onu da bildirib ki, Azərbaycanın bəzi dağətəyi ərazilərdə hətta qar yağacağını da söyləmək olar. Çünki şimal - qərb istiqamətindən Azərbaycana gələn soyuq hava kütlələrinin bir müddət davamlı olacağı qaçılmazdır. Bununla belə payız fəsli özünü tam şəkildə göstərmək və qışa daha da yaxınlaşmaqdadır.
"Ümumi proqnozlara və gözləntilərə əsasən Azərbaycanda əvvəlki illərlə müqayisədə bu il daha çox soyuq tendensiya daha çox real görünür. Ümidvaram ki, bütün bu prosesləri yaxın gələcəkdə əyani şəkildə görə biləcəyi", - deyə Cavidan Əliyev əlavə edib.
2025-10-18
17:13:10
Hazır Olun! Azərbaycana Dəhşətli Soyuqlar Gəlir- QAR YAĞACAQ
Digər Xəbərlər
-
Orta Məktəblərdə Tədris Ili Azaldılacaq? - VACİB AÇIQLAMA
2025-10-19 00:09:06 -
Əhaliyə Verilən Istilik Enerjisi Sayğacla ölçüləcək
2025-10-18 23:21:11 -
İtaliya Mediası Birinci Vitse-prezident Mehriban Əliyevanın Vatikana Rəsmi Səfərini Diqqətdə Saxlayıb
2025-10-18 23:19:10 -
Səfir: Somali Və Azərbaycan Vətəndaşları Viza Almaq Məcburiyyətində Qalmayacaqlar
2025-10-18 23:11:09 -
Azərbaycan Bentonit Istehsalını 43 %-ə Yaxın Artırıb
2025-10-18 23:01:11