Görmə Məhdudiyyətli Məhkuma Endirim: Cəza 15 İldən 13 Ilə Düşdü!

Lökbatanda qətl törətmiş, görmə məhdudiyyətli Qulu Abbasovun cəzası Ali Məhkəmənin qərarı ilə azaldılıb.

Əvvəl xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham olunan Abbasovun əməli, qəsdən adam öldürmə kimi tövsif edilib. Nəticədə, məhkumun cəzası 15 ildən 13 ilə endirilib.

Xatırladaq ki, 43 yaşlı Abbasov qonşusu Xanlar Əmirovu bıçaqlayaraq öldürmüşdü. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi müəyyən olunub.