Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyində bir gündə 637 nəfər vəzifəyə qəbul edilib. 
Qaynarinfo-nun məlumatına görə, 8 iyul 2025-ci il tarixli sərəncama əsasən, "Azərterminalkompleks" Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq olunub. 
Dəyişikliyə əsasən, "Azərterminalkompleks" nəzdində Ərazi Şöbələrinin Əlaqələndirməsi İdarəsi yaradılıb. Həmin idarəyə Mirəli Seyidov rəis təyin edilib.
Ərazi Şöbələrinin Əlaqələndirməsi İdarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə Əliyev İlkinur Qabil oğlu təyin olunub. Həmçinin Gəncə, Sumqayıt, Şirvan, Balakən, Tovuz, Astara və Xaçmaz şöbələri yaradılıb.
Ümumilikdə yeni yaradılan bu qurumlara 636 nəfər şəxsi heyət rəis, müdir, inspektor, gözətçi, mühafizəçi, karguzarlıq və digər vəzifələrə təyin olunublar. 
Bununla bağlı "Azərterminalkompleks" Birliyinin direktoru, general-mayor Kənan Aşurlu bir müddət əvvəl müvafiq əmr imzalayıb. 
Qeyd edək ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov 8 iyul 2025-ci il tarixli əmri ilə "Azərterminalkompleks" Birliyinin Strukturunun və Ştat Cədvəli yenidən hazırlanıb. "Azərterminalkompleks"nin əvvəlki strukturunda yer alan xeyli sayda gömrük əməkdaşı vəzifələrindən azad olunublar.
2025-10-31
17:21:09                                                        
Gömrük Generalı 636 Nəfəri Vəzifəyə Təyin Edib
Digər Xəbərlər
- 
                Xəstə Ilə Kobud Rəftar Edən Nevropatoloqa TÖHMƏT VERİLDİ2025-10-31 23:41:09
- 
                Cəmi 1 AZN-lik "Şans" Paketi Ilə Avtomobil Qazandı!2025-10-31 22:09:10
- 
                "Yüksək Bal Toplamalıdır" Düşüncəsi Təhsili Yarışa, Uşaqları Isə Bal Maşınlarına çevirir" - AÇIQLAMA2025-10-31 17:11:10
- 
                Noyabrda Hava Belə Keçəcək - AYLIQ PROQNOZ2025-10-31 17:10:12
- 
                Dövlət Qurumlarından 1,5 Milyonluq Sifariş Alan Rasim Rzayev Kimdir?2025-10-31 16:47:11
