Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətinin rəhbəri dünyasını dəyişib. Türkiyə vətəndaşı Mustafa Karabelanın meyiti Gülüstan yaşayış massivindəki evində aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri qeydə alınmayıb. İlkin versiyalara görə, 40 yaşlı iş adamı ürək tutmasından vəfat edib.
Hadisə ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda istintaq başladılıb.
Məlumata görə, vəfat edən şəxs Gəncədə avtomobil yollarının asfaltlanması layihəsini həyata keçirən şirkətin Azərbaycan filialının direktoru olub.