Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzinə qeyri-qanuni yolla mükafat təqdim edən Fəqani Hüseynov barəsində məhkəmə qərarı çıxarılıb.
Rayon məhkəməsi Fəqani Hüseynovun 10 sutka müddətinə inzibati həbsinə qərar verib.
Xatırladaq ki, Fəqani Hüseynov özünü müxtəlif qurumların nümayəndəsi kimi təqdim edərək, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə saxta diplom təqdim etmişdi. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.