Bakı-Quba yolunda baş verən dəhşətli qəza nəticəsində ağır yaralanan Siyəzən sakini Babək Abbasov dünyasını dəyişib. Qəza, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.
1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alıb. Təəssüflər olsun ki, həyatını xilas etmək mümkün olmayıb.
Daha bir acı fakt isə, Babək Abbasovun oğlu Nihat Abbasovun da 2023-cü ildə avtomobil qəzasında həlak olmasıdır. Bu, ailə üçün böyük bir itki olub.
Qeyd edək ki, qəza zamanı "MAN" və "HOWO" markalı yük maşınları toqquşub. Hadisə nəticəsində daha bir nəfər yaralanıb.