Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Özcan Deniz Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.
Sonxeber.az xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan möhtəşəm gecə boyunca Özcan Dəniz repertuarının ən sevilən və dillər əzbərinə çevrilən hit mahnılarını səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Bütün mahnılarını canlı ifa edən sənətçi səmimi davranışı və səhnə enerjisi ilə dinləyiciləri coşdurub. Hər ifadan sonra izləyicilərin gurultulu alqışları zalı bürüyüb.
Sevilən müğənni Bakı tamaşaçıları üçün yeni mahnısı olan "Arabesk"i də söyləyib.
Ara-sıra tamaşaçılarla səmimi ünsiyyət quran ulduz qonaq tezliklə yenidən paytaxt Bakıya konsert proqramı ilə gələcəyini də bildirib: "Mənim üçün Bakı səhnəsində çıxış etmək çox xüsusi bir duyğudur. Buradakı tamaşaçıların sevgisi, enerjisi və səmimiyyəti məni dərindən təsirləndirdi. Bu gecə yaddaşımda qalacaq və çox tezliklə yenidən görüşəcəyik".
Konsertin sonunda tamaşaçılar sənətçini ayaqüstə alqışlayaraq, uzun müddət səhnəni tərk etməsinə imkan vermədilər. Gecə musiqi, sevgi və səmimiyyət dolu ab-hava ilə yadda qalıb.
https://www.instagram.com/reel/DQgavG_CNC8/?igsh=NGZpaGZzdzM1amYx
2025-11-01
12:20:12
Eyyub Hüseynzadənin Təşkilatçılığı Ilə Möhtəşəm Özcan Dəniz Gecəsi - VİDEO- FOTOLAR
Digər Xəbərlər
-
Azərbaycan Manatının Dövretmə Sürəti Sentyabrda Cüzi Artıb
2025-11-01 16:11:10 -
Bakıda Zəfər Gününə Həsr Olunan Motokross Çempionatı Keçiriləcək
2025-11-01 15:31:10 -
Xırdalanda Yeniyetmə Binadan Yıxılaraq öldü - Video
2025-11-01 14:37:10 -
Metroda Bu üsulla Da ödəniş Edə Bilərik
2025-11-01 14:13:09 -
Meyitdən ürək Köçürülən 19 Yaşlı Oğlanın Vəziyyəti Necədir?
2025-11-01 13:44:09