Əməkdar Artist Rəşad Bəxtiyarovun ÖLÜM SƏBƏBİ BİLİNDİ

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarovun ölüm səbəbi məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, uzun müddətdir ki, ağciyərlərində yaranan xəstəlikdən əziyyət çəkirdi. 10:48 Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib. Sonxeber.az xəbər verir ki, bu barədə APA-ya Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov məlumat verib. O, bir az əvvəl evində vəfat edib.