Məsələ AQTA-nın regional bölməsi tərəfindən nəzarətə götürülüb.
Sonxeber.az-a AQTA-dan verilən məlumata əsasən, araşdırmalar aparılır. Qeyd edilib ki, istehlakçılardan xahiş edilir ki, qida məhsulları ilə bağlı hər hansı xoşagəlməz hallarla rastlaşdıqda, Agentliyin 1003 qaynar xəttinə məlumat versinlər.
***10:05
Əhmədli qəsəbəsi, Sarayeva küçəsində yerləşən "50 qəpik" restoranında xoşagəlməz hal yaşanıb.
BAKU.WS-in "qaynar xətt"inə müraciət edən vətəndaş bildirib ki, sözügedən restorana yemək yemək üçün yaxınlaşıb. Lakin sifariş etdiyi yeməyin içindən qurd çıxıb:
"Yeməyin içindən qurd çıxdığını görəndə şok oldum".
Mənbə: https://sonxeber.az