Direktor Işdən çıxarıldı

Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb. Sonxeber.az Teleqraf-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib. Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu. O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.

Mənbə: https://sonxeber.az