Depressiya ilə mübarizədə sizə dəstək olacaq, tamamilə pulsuz və asan bir üsul aşkarlandı.
Psixiatr Daniel Aman bildirib ki, həftədə 4 dəfə, 45 dəqiqəlik sürətli gəzintilər antidepressantların təsirinə bərabər gücə malikdir.
O, həmçinin qidalanmada omeqa-3 yağ turşularına üstünlük verməyi və neqativ düşüncələrdən uzaqlaşmağı məsləhət görüb.
Həkim, bu metodların effektivliyini sübut etmək üçün Harvard Tibb Məktəbinin apardığı araşdırmalara əsaslanıb. Tədqiqatlar göstərir ki, idman endorfin hormonunun ifrazını artırır, iltihabı azaldır və beyin funksiyalarını yaxşılaşdırır.
Hətta gündə cəmi yarım saat gəzməyin belə əhval-ruhiyyəyə müsbət təsir göstərdiyi vurğulanır.