Bu gün Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin şəhidi - Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov dəfn ediliblər.
Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, hər iki şəhidin nəşi müvəqqəti məskunlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimlərində Azərbaycan Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Çingiz Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-sı Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.
Digər şəhid Səfər Qəmbərov isə 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşüb.
***
"Report"un məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Əliyev Mikayıl Atababa oğlu ilə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra Mikayıl Əliyevin cənazəsi Xəzər rayonu Zirə qəsəbəsində yerləşən qəbirstanlıqda torpağa tapşırılıb. 
 
2025-10-31
12:37:06                                                        
Daha 3 Itkin şəhidimiz Dəfn Olundu - Fotolar - Yenilənib
Digər Xəbərlər
- 
                Xəstə Ilə Kobud Rəftar Edən Nevropatoloqa TÖHMƏT VERİLDİ2025-10-31 23:41:09
- 
                Cəmi 1 AZN-lik "Şans" Paketi Ilə Avtomobil Qazandı!2025-10-31 22:09:10
- 
                Gömrük Generalı 636 Nəfəri Vəzifəyə Təyin Edib2025-10-31 17:21:09
- 
                "Yüksək Bal Toplamalıdır" Düşüncəsi Təhsili Yarışa, Uşaqları Isə Bal Maşınlarına çevirir" - AÇIQLAMA2025-10-31 17:11:10
- 
                Noyabrda Hava Belə Keçəcək - AYLIQ PROQNOZ2025-10-31 17:10:12
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            