Bir Həftə əvvəl Maşının Vurduğu Qadın öldü

Bakıda yol qəzası nəticəsində ağır xəsarətlər alan qadın xəstəxanada vəfat edib. "Qafqazinfo" xəbər verir ki, avqustun 30-u saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisində Vüsal Əsgərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 1966-cı il təvəllüdlü Nailə Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilmiş N.Hüseynova sentyabrın 4-ü orada ölüb. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar aparılır.

Mənbə: https://sonxeber.az