Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.
2025-10-18
12:46:10
Bazar Gününün Havası Açıqlandı
Digər Xəbərlər
-
Orta Məktəblərdə Tədris Ili Azaldılacaq? - VACİB AÇIQLAMA
2025-10-19 00:09:06 -
Əhaliyə Verilən Istilik Enerjisi Sayğacla ölçüləcək
2025-10-18 23:21:11 -
İtaliya Mediası Birinci Vitse-prezident Mehriban Əliyevanın Vatikana Rəsmi Səfərini Diqqətdə Saxlayıb
2025-10-18 23:19:10 -
Səfir: Somali Və Azərbaycan Vətəndaşları Viza Almaq Məcburiyyətində Qalmayacaqlar
2025-10-18 23:11:09 -
Azərbaycan Bentonit Istehsalını 43 %-ə Yaxın Artırıb
2025-10-18 23:01:11