Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq.
Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir.
Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Yarış günü tamaşaçılar həyəcanlı yarış mərhələləri, nümayiş çıxışları, moto-şou və motosiklet sərgilərinə şahidlik edəcəklər.
Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq Motokross Çempionatının gələcək illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.
2025-11-01
15:31:10
Bakıda Zəfər Gününə Həsr Olunan Motokross Çempionatı Keçiriləcək
Digər Xəbərlər
-
Rusiya 2026/2027-ci Tədris Ili üçün Azərbaycanlı Tələbələrə 280 Dövlət Sifarişli Yer Ayırır
2025-11-01 20:01:07 -
Bu Il Azərbaycan Saratovdan ən Böyük Buğda Alıcısıdır
2025-11-01 19:01:10 -
Azərbaycan Bazarına Monqolustan Və Braziliyadan Gətirilən ətlər Yoxlanır? - Rəsmi AÇIQLAMA
2025-11-01 17:31:10 -
Azərbaycan Manatının Dövretmə Sürəti Sentyabrda Cüzi Artıb
2025-11-01 16:11:10 -
Xırdalanda Yeniyetmə Binadan Yıxılaraq öldü - Video
2025-11-01 14:37:10