Azərbaycanda hava şəraiti kəskin dəyişir!
Martın 7-dən 9-dək ölkə ərazisinə şimaldan soyuq hava kütləsi daxil olacaq. Bu səbəbdən hava şəraiti xeyli dəyişəcək.
Bakıda və Abşeron yarımadasında martın 7-də dəyişkən buludlu hava şəraiti gözlənilir. Bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 6-10 dərəcə isti olacaq.
Bölgələrdə martın 7-si qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava qeyri-sabit keçəcək. Bəzi ərazilərdə arabir yağıntılar olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntılar intensivləşəcək, çaylarda sululuq artacaq. Lənkəran-Astara zonasının bəzi çaylarında qısamüddətli sel hadisələri baş verə bilər.
Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.